HƏMAS-ın strateji tuneli dağıdılıb | VİDEO

   HƏMAS-ın strateji tuneli dağıdılıb |    VİDEO
  29 May 2025    Oxunub:443
İsrail Silahlı Qüvvələri Qəzza zolağının cənubunda Fələstinin iranyönümlü HƏMAS terror təşkilatına məxsus strateji hücum tunelini sıradan çıxarıb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, yüzlərlə metr uzunluğa və bir neçə çıxışa malik tunel partlayıcı tələlərlə doldurulub.

Tunelin müəyyənləşdirilib dağıdılması əsnasında İsrail hərbçiləri şaxtalardan çıxan terroçularla rastlaşıblar. Onların hamısı zərərsizləşdirilib.
İsrail HƏMAS-la yeni saziş üzrə razılığa gəlib

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri son günlərdə Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə   tunel  





Xəbər lenti